Rusiya 21 olimpiya medalından məhrum edildi

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 21 olimpiya medalından məhrum edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya yığmasının əlindən alınan 13 medal (1 qızıl, 6 gümüş, 6 bürünc) 2008-ci il Pekin Olimpiadasında, 8 medal isə (3 qızıl, 5 gümüş) 2012-ci il London Olimpiadasında qazanılmışdı. Beynəlxalq Olimpiya Komitəsi Pekin və London olimpiadalarında götürülmüş dopinq testləri yenidən yoxlayıb. Ümumilikdə 1243 dopinq test yenidən yoxlanılıb ki, bunun da 98-i (60-ı Pekin, 38-i London) müstəb çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top