ABŞ-a girişi qadağan olunan ölkənin yeni prezidenti ABŞ vətəndaşıdır

Trampın ABŞ-a giriş qadağası qoyduğu ölkələrdən biri olan Somalinin yeni prezidenti ABŞ vətəndaşı olan Abdullahi Məhəmməd olub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən bildirir ki, prezidentlərin millət vəkilləri tərəfindən seçildiyi Somalidə, millət vəkillərini isə 135 tayfa lideri seçir. Ölkədə ən qlobal məsələlərdən biri rüşvət olduğu üçün hər bir millət vəkilinin seçkidə verdiyi səs 1,3 milyon dollara başa gəlir.

Uzun müddətdir iqtisadi böhran və xaos ilə mübarizə aparan Somalidə Abdullahi Məhəmmədin prezident seçilməsi beynəlxalq dairələrdə müsbət qarşılanıb. A.Məhəmmədin ölkədəki korrupsiya ilə mübarizə aparması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top