Lapşindən sonra erməni general Belarusa getməkdən çəkinib

Lapşinin Azərbaycana ekstradisiyasından sonra ermənilər Belarusa getməkdə tərəddüd edirlər. Belə ki, vaxtilə Qarabağ döyüşlərində aparıcı rol oynayan general-mayor Arkadi Tadevosyan Belarusa getməkdən imtina edib. "Yeniavaz.com"un Panorama.am-a istinadən verdiyi məlumata görə, Tadevosyan Belarusda Orduya Könüllü Yardım Cəmiyyətinin yaradılmasının 90 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak barədə qarşı tərəfin dəvətini qəbul etməyib. Tadevosyan buna səbəb kimi Dağlıq Qarabağa gedib gəlməsinii göstərib: "Mən dəvətə görə təşəkkür edirəm. Ancaq mən də Qarabağda olduğum üçün bayram tədbirində iştirak edə bilməyəcəyəm".

DİGƏR XƏBƏRLƏR

Top