TSQ: Rusiya bombalanan koordinatlarda türk əsgərlərinin olduğunu bilirdi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Əl Babda Rusiya təyyarələri tərəfindən reallaşdırılan və 3 türk əsgərinin, 11-nin isə yaralandığı hava zərbəsindən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi açıqlamaya cavab verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Peskov bu gün verdiyi açıqlamada bildirmişdi ki, rus təyyarələrinin vurduğu hədəflərin koordinatını TSQ verib və həmin koordinatlarda türk əsgərləri olmamalı idi. TSQ bu ifadələrin ictiamiyyətdə səhv başa düşülə biləcəyini nəzərə alaraq aşağıdakı açıqlamanı verib: “Suriyada icra edilən hərəkat çərçivəsində qoşunların bir-birinə zərər verməsinin qarşısını almaq üçün iki ölkə arasında 12 yanvar 2017-ci il tarixində imzalanan və təxminən 1 aydır qüvvədə olan razılaşma əsasında TSQ tərəfindən hərəkatla bağlı məlumatlar Rusiya tərəfilə nizamlı və qarşılıqlı olaraq paylaşılıb. Fevralın 9-da təyyarə ilə vurulan qüvvələrimiz təqribən 10 gündən bəri eyni nöqtədə yerləşir. Axırıncı dəfə fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki bölgədən dost ünsürlərin yerləşdiyi əraziyə bir raket atılması səbəbilə qüvvələrimizin olduğu ərazinin koordinatları sonuncu dəfə eyni gün axşam saat 23:11-də Hmeymimdə Hərəkat Mərkəzindəki cavabdeh heyətə yenidən çatdırılıb. Həmin vaxt Rusiya Silahlı Qüvvələrinin Ankaradakı ataşesi Baş Qərargaha dəvət edilərək qüvvələrin olduğu ərazilərin daha əvvəl də verilən koordinatlartı bir daha ona təqdim edilib”.

DİGƏR XƏBƏRLƏR

Top