Böyük Britaniya Rusiyanı İŞİD kimi özünə təhlükə hesab edir

Böyük Britaniya İŞİD-lə bərabər Rusiyanın da özü üçün təhdid mənbəyi olduğu qənaətindədir. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko RT-yə açıqlamasında deyib: "Əgər siz Böyük Britaniyanın strateji doktrinasını oxusanız görəcəksiniz ki, bu ölkə İŞİD-lə yanaşı Rusiyanı da təhlükəsizliyə təhdid hesab edir. Belə hesab edirik ki, bu, faktiki olaraq bizə qarşı haqsızlıqdır".

Yakovenkonun fikrincə, London belə ittihamlardan əl çəkməli, sonra iki ölkə dialoqa başlamalıdır. Səfir belə hesab edir ki, əgər Böyük Britaniya özünün təhlükəsizliyindən narahatdırsa, onda bunu müttəfiqləri ilə müzakirə etməlidir: "London həm bizi özü üçün təhlükə hesab edir, həm də müəyyən məsələlərlə bağlı dialoqda maraqlı olduğunu nümayiş etdirir. Amma eyni zamanda iki stulda oturmaq mümkün deyil. Mən bunu Böyük Britaniyanın xarici işlər nazirinə də açıq şəkildə bildirdim. Əgər Böyük Britaniya dialoqda maraqlıdırsa, onda qarşılıqlı maraq doğuran siyasi dialoqa üstünlük verməlidir. Ancaq hadisələrin gedişi göstərir ki, London buna hazır deyil".

DİGƏR XƏBƏRLƏR

Top