İstanbulda 3 erməni 85 yaşlı zərgəri qarət edib öldürdülər

İstanbul məhkəməsi Ermənistan vətəndaşı olan Aram Ovannisyan, Artur Ayvazyan və Serj Mikaelyan barədə ömürlük həbs cəzası barədə qərar qəbul edib. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, buna səbəb onların Türkiyə vətəndaşı olan erməniəsilli 85 yaşlı Akop Dəmirçini qarət etmələri olub.

Xatırladaq ki, ötən ilin fevral ayının 6-da bir qrup şəxs qarət məqsədi ilə zərgər Dəmirçinin evinə soxulublar. Onlar Dəmirçini və həyat yoldaşının əl-qolunu bağlayaraq evdən 100 min lirə məbləğində qiymətl daş-qaş aparıblar. Polislər hadisə yerinə gələndə Dəmirçi ürək tutmasından dünyasını dəyişmişdi. Ancaq onun 79 yaşlı həyat yoldaşını ölümdən xilas etmək mümkün olub. Araşdırmalar zamanı soyğunçuların Ermənistandan gəldiyi aşkara çıxarılıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəsinə qayıtmaq istəyən Ermənistan vətəndaşları Trabzonda həbs edilib. İstinataq zamanı hər 3 Ermənistan vətəndaşı günahını boynuna alıb. İndi onlar ömürlərinin souna kimi həbsxana həyatı yaşamalı olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top