Türkiyə casusluqda günahlandırılan imamlarını geri çağırır

Almaniyada Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı olaraq fəaliyyət göstərın məscidlərdə çalışan imamların Ankaranın xeyrinə casusluq etmələri ilə bağlı qalmaqal böyüməkdə davam edir. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Federal Baş prokurorluğu tərəfindən ölkədəki imamların casusluqda günahlandırılması ilə bağlı onların məsuliyyətə cəlb ediməsi üçün hərəkətə keçəcəyi ehtimal edilir. Öz növbəsində Türkiyə Diyanət İşləri Başqanlığı qalmaqala səbəb olan imamların geri çağırılması barədə sürpiz bir qərar qəbul edib. Qeyd edək ki, imamaların Almaniyada yaşayan bir qrup türk barədə Ankaraya gizli məlumatlar göndərmələri ictimaiyyətdə onların casusluqda günahlandırılmalarına səbəb olub. Nəticədə hüquq-mühafizə orqanları tərəfindən bu iddiaların araşdırılmasına başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top