Suriya iqtidarı təhlükəsizlik zonalarının yaradılmasının əleyhinə çıxıb

Suriya hökuməti ölkə ərazisində təhlükəsizlik zonalarının yaradılmasına razılıq verməyəcək. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident Bəşər Əsəd Yahoo Nevvs-ə açıqlamasında deyib: "Bu (təhlükəsizlik zonalarının yaradılması) tamamilə real olmayan ideyadır".

Onun sözlərinə görə, terrorizmlə mübarizədə Suriya ilə əməkdaşlıq etmədən qalib gəlmək olmayacaq: "Suriya iqtidarı və xalqı ilə birgə hərəkət etmədən terrorçulara həlledici zərbə endirmək, onları məğlubiyyətə uğratmaq mümkün deyil".

Əsəd ABŞ-ın yeni administrasiyasına təhlükəsizlik zonalarının yaradılması məsələsinə ciddi yanaşmağı tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top