Manat və rubl dollar qarşısında fərqli səbəblərdən bahalanır

"Rusiya rublunun təxminən 3 illik kəskin qalxıb-enmələrdən sonra nəinki sabitləşdiyi, hətta aparıcı dünya valyutaları qarşısında dəyər qazanması göz önündədi. Üzən məzənnə rejimində niyə rublun özünü rahat hiss etməsinin səbəbini Rusiyanın tədiyyə balansının hazırkı durumu izah edir. Bizdən fərqli olaraq Rusiyada illik tədiyyə balansı il bitəndən maksimum 20 gün sonra, aylıq tədiyə balansını isə ay bitəndən 10-15 gün sonra açıqlanır. Bizim Mərkəzi Bank isə aylıq məlumatları ümumiyyətlə açıqlamır, illik məlumatı isə il bitəndən 3 ay sonra açıqlayır". "Yeniavaz.com" xəbər verir ki. bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert bildirib ki,
2016-cı ilin nəticələrinə görə, Rusiya tədiyyə balansının ümumi müsbət saldosu 15 milyard dollar olub: " 2017-ci ilin yanvarı nəticələrinə görə isə tədiyə balansının ümumi müsbət saldosu 6,5 milyard dollar təşkil edib.
2015-ci ildə Rusiyadan kapital axını 153 milyard dollar olmuşdu, 2016-cı ildə 15 milyard dollara düşüb. Göründüyü ki, neftin 41-42 dollar qiyməti şəraitində Rusiya tədiyyə balansında yüksək profisit yaranır və hətta 35 dollarlıq həddədək tədiyə balansınını kəsirsiz ötüşə bilər. İki səbəb var: idxalı əvəzləyən istehsal artır və ən əsas kapital axınını 10 dəfəyədək azaltmaq mümkün olub".
İqtisadçı-ekspert həmçinin bildirib ki, Azərbaycanda isə illik məlumat açıqlanmayıb, amma 9 ayın nəticəsinə görə tədiyyə balansınının mənfi saldosu 1.2 milyard dollara yaxın olub: "Hesablamlara göstərir ki, indiki iqtisadi şərtlər daxilində (qeyri-neft əmtəə-xidmət ixracının sabit qaldığı şəraitdə) Azərbaycanın tədiyə balansının defisitsiz olması üçün neftin qiymətinin 60-65 dollardan aşağı olmaması lazımdır. Rusiyada olduğu kimi Azərbaycanda neftin 35-40 dolar səviyyəsinədə tədiyyə balansının kəsirsiz olması üçün qeyri-neft əmtəə-xidmət ixracından daxilolmaların səviyyəsini hazırkı 5 milyard dollardan 10 milyard dollara qədər genişləndirmək lazımdır. Yeri gəlmişkən, neftin 52-53 dollarlıq səviyyəsində Rusiya hökuməti valyuta bazarına alış yönümlü müdaxilə hesabına hər ay valyuta ehtiyatlarını təxminən 1,8 -2 milyard artırmaq imkanı qazanıb. Rusiya hökuməti rublun hazırkı səviyyədən (59 rubl=1 USD) sonra bahalanmsında maraqlı deyil. Çünki rublun bundan sonrakı bahalanması əvvəla hökumətə valyuta ehtiyatlarını artırmağa imkan vermir, ikinicisi isə ucuz neft şəraitində büdcə öhdəliklərini icra etmək üçün daha çox valyuta xərcləməli olur.
Nəzərə alaq ki, neftin ilk ucuzlaşma dövründə (2014-cü ilin yayında ) 1 barrel neftin qiyməti 103-104 dollar, 36 rubl=1 USD idi. Yəni 1 barrel neftin ekvivalenti 3700 rubl idi. Hazırda isə 1 barrel neftin ekvivalenti 3200 rubldur. Bu səbəbdən Rusiya hökuməti neftin neftin qiymətinin hazırkı səviyyəsində rublun daha da bahalnmasında maraqlı deyil. Öz növbəsində, rublun bundan sonra möhkəmlənməsi Rusiyanın həm idxalı əvəzləyən, həm də ixraca yönəlik siyasətinə ağır zərbədir. Manat və rublun taleyini müzakirə və müqayisə edəndə bu faktlara diqqət yetirmək gərəklidir".

DİGƏR XƏBƏRLƏR

Top