Lavrov: Əsəd və YPG arasında vasitəçilik edirik

Rusiya xarici işlər naziri Sergey Lavrov, Əsəd rəhbərliyi və terror təşkilatı YPG (kürd xalq özünümüdafiə dəstələri) arasında vasitəçilik etdiklərini təsdiqləyib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lavrov, bu görüşlərin bəzilərinin birbaşa, bəzilərininsə vasitəçilərlə reallaşdığını açıqlayıb. Lavrov, mətbuata açıqlamasında bildirib ki, Rusiya, Suriyanın bölünməməsi üçün Suriya hökuməti və YPG arasında ortaq bir anlayışın olmasına çalışır. Şam və kürdlərin müqavilə imzalama potensialının olduğunu qeyd edən Lavrov, tərəflərin bir çox ortaq maraqlarının olduğunu və aralarındakı danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirib. Lavrov bu danışıqlarda Suriyanın federallaşmasının müzakirə olunub-olunmadığını yalanlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top