"Onlar istənilən vaxt öz vəzifələrini icra etməyə hazırlıqlı vəziyyətdədir"

Mingəçevirdə mülki müdafiənin tədbirlər planına uyğun olaraq, şəhər üzrə mülki müdafiənin canlı qüvvələrinə və texnikalarına baxış keçirilib. Bu barədə Yeniavaz.com saytına məlumat verən Mingəçevir Fövqaladə Hallar Komissiyasının sədri İlham İsmayılov bildirib ki, məqsəd mülki müdafiə qüvvələrinin və texnikasının istənilən halda hadisənin aradan qaldırılmasının hazırlıq vəziyyətinə baxmaqdır: "Göründüyü kimi, 13 texnikamız və 75 canlı qüvvə var. Bu gün onların hazırlıq səviyyəsi yoxlanıldı. Hamısından da razıyıq, onlar istənilən vaxt öz vəzifələrini icra etməyə tam hazırlıqlı vəziyyətdədir".

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top