Dünyanın ən təhlükəli ölkələri açıqlandı - SİYAHI

Son illər ayrı-ayrı ölkələrdə terror hadisələrinin sayı sürətlə artmaqdadır. Belə olan halda hər bir dövlət daxili təhlükəsizliyinə xüsusi diqqət yetirməli olur. "Yeniavaz.com" "wispindex.org" saytına istinadən bildirir ki, İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanan hesabatda göstərilir ki, Azərbaycan daxili təhlükəsizliyin təmin edilməsi ilə bağlı göstəricilərdə 127 ölkə arasında 63-cü sırada qərarlaşıb. Dünya Daxili Təhlükəsizk və Polis İndeksi 2016" (The World Internal Security and Police Index 2016) adlı hesabat hazırlanarkən 4 əsas məqama diqqət edilib:

1. Dövlətin daxili təhlükəsizliyi təmin etmək məqsədilə büdcədən ayırdığı vəsaitın həcmi.

2. Bu vəsaitdən nə dərəcədə səmərəli və məqsədyönlü istifadə olunması.

3. Ölkə vətəndaşlarının polisin bu sahədəki fəaliyyətinə nə qədər etibar etməsi.

4. Həmin ölkə üçün xarici təhdidlərin hansı səviyyədə olması.

Hesabatda göstərilir ki, region ölkələri arasında ən yaxşı göstərici Gürcüstanda qeydə alınıb. Gürcüstanın 127 ölkə arasındakı mövqeyə 32-ci sıra olub. Bu sahədə Gürcüstan hətta ABŞ-ı belə 2 pillə qabaqlayıb. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ daxili təhlükəsiziyin təmin olunmasında Gürcüstandan daha pis nəticə göstərib. Ermənistan siyahıda 46-cı, Belarus 57-ci, Türkiyə 60-cı, Qazaxıstan 75-ci, İran 80-ci, Rusiya 82-ci sırada qərarlaşıb.

Bu sahədə ən yaxşı göstərici Sinqapur, Finlandiya, Danimarka, Avstraliya, və Almaniyada qeydə alınıb.

Ən pis göstəricinin isə Nigeriya, Konqo, Kenya, Uqanda və Pakistanda müşahidə olunduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top