Türkiyədə referendumun keçiriləcəyi tarix açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına əlavə və dəyişikliklə bağlı qanun layihəsini imzalayıb. "Haber7" xəbər verir ki, bu isə Türkiyədə refendumun aprelin 16-da keçirilməsi deməkdir.

Qeyd edək ki, Türkiyə qanunlarına əsasən, prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib. Dövlət başçısı 15 gün ərzində layihəni təsdiqləyə, yaxud təkrar müzakirə üçün onu parlamentə qaytara bilərdi. Ötən gün isə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü.Report

DİGƏR XƏBƏRLƏR

Top