Türkiyə Ordusu İŞİD-ə məxsus 165 hədəfi vurub

"Fərat Qalxanı" hərəkatının 171-ci günündə İŞİD terror qruplaşmasına məxsus 165 hədəf atəşə tutulub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 23 İŞİD üzvü zərərsizləşdirilib.

Türkiyə Ordusunun Baş Qərargahından verilən məlumatda bildirilib ki, İŞİD başda olmaqla digər terror qruplaşmalarının yaradacağı təhlükələrdən qorunmanı təmin etmək və koalisiya qüvvələrinə dəstək vermək üçün ötən il avqustun 24-də başlayan "Fərat Qalxanı" hərəkatı davam edir. Hərəkatın 171-ci günündə müxalif ünsürlərdən ibarət Xüsusi Qüvvələr tərəfindən qurudan və havadan təmin olunan sıx atəş dəstəyi ilə hərəkatın icrasına davam edilib.

Quru Qüvvələri Komandanlığı tərkibindəki silah-sursat vasitəsilə İŞİD hədəfləri atəşə tutulmaqla yanaşı sığınacaq yerləri, müdafiə mövqeləri və silah-sursatı təzyiq altına alınıb.

Hava qüvvələri Komandanlığına məxsus təyyarələr tərəfindən 11 İŞİD hədəfi bombardman olunub. Sığınacaq məqsədli 7 bina, 3 qərargah binası və 1 silah-sursat bazası məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top