Keçmiş prezident rüşvət aldığına görə həbsinə qərar verildi

Peruda Braziliya inşaat şirkəti haqqında aparılan korrupsiya və rüşvət təhqiqatı çərçivəsində keçmiş prezident Alejandro Toledo barəsində həbs qərarı verilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə Perunun keçmiş prezidentinin “Odebrecht” inşaat şirkətindən rüşvət alması səbəbilə onun həbsinə qərar verib. Hakim Riçard Konsepsion prokurorun A. Toledonun 18 ayadək azadlıqdan məhrum edilməsi tələbini müsbət qəbul edib. Hakim keçmiş prezidentin tutulması üçün işi Beynəlxalq Polis Təşkilatına (İnterpol) göndərib. A. Toledonun xarici şirkətdən 20 milyon dollar rüşvət aldığı iddia edilir. O, 2001-2006-cı illərdə Peruda prezident vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top