Türkiyə Rəqqaya girəcək?

Rəqqanın İŞİD-dən geri alınması məqsədilə hərbi variantları müzakirə etmək üçün yüksək səviyyəli bir türk heyəti növbəti həftə Vaşinqtonu ziyarət edəcək. "Yeniavaz.com" “New York Times” qəzetindən verilən məlumata görə bir variant olaraq Əl Babı əhatə edən qüvvələrin böyük hissəsinin Rəqqaya yönlədirilməsi planlaşdırılır. ABŞ Müdafiə Nazirliyi sözçüsü Erik Paho bildirib ki, Türkiyəni qiymətli bir ortaq olaraq görürük: “Türkiyə ilə ABŞ arasında Əl Bab məsələsi barədə iş birliyi olacağı gözlənilir. Bu səbəbdən NATO müttəfiqimizlə Suriya barədə müsbət istiqamətdə irəliləyiş var”.

DİGƏR XƏBƏRLƏR

Top