İndoneziyada torpaq sürüşməsi: 7 ölü

İndoneziyada torpaq sürüşməsi baş verib. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, fəlakət nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. İndoneziya agentliyindən verilən məlumata görə, fəlakət ölkənin şərq hissəsindəki Bali adasında baş verib. Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Torpaq sürüşməsinə bölgəyə son günlərdə yağan şiddətli yağışlar səbəb olub. Yerli əhaliyə isə yenidən torpaq sürüşməsi baş verəcəyi təhlükəsi xəbər verilib. Hal-hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, ötən ilin iyun ayında ölkənin Orta Cava bölgəsində baş verən torpaq sürüşməsində 60-dan çox insan həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top