Tramp İbadini ABŞ-a dəvət edib

İraq Baş naziri Heydər əl İbadi və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbadi Trampdan İraqın ABŞ-a girişi qadağan olunan ölkələr siyahısından çıxarılmasını istəyib. Həmçinin Tramp və İbadi danışıq zamanı iki ölkə arasındakı əlaqələr və onların inkişaf etdiriliməsi barədə danışıb. Tramp, terrorun kökünün qurudulması üçün Bağdad rəhbərliyi ilə birgə hərəkət edəcəyini bildirərək İbadini ABŞ-a dəvət edib. İbadi isə İŞİD-in artıq yavaş-yavaş sıradan çıxdığını, Mosulun böyük hissəsinin terrordan təmizləndiyini və döyüşə sonuna qədər davam etməyə hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, Tramp, ötən həftə İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağa edən fərman imzalamışdı.

DİGƏR XƏBƏRLƏR

Top