İşdən çıxarılan amerikalı qadın 3,3 milyon dollar udub

ABŞ-ın Kolorado ştatının sakininə işdan çıxarılmaq xoşbəxtlik gətirib. "Yeniavaz.com"un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, hələlik soyadı açıqlanmayan Yanik adlı qadın 30 il ərzində oynadığı lotereyanın sonda xeyrini görüb. Keçmiş tibb bacısı işdən azad olunandan sonra bir müddət nə edəcəyini bilməyib. Sonra təsadüfən ştat ərazisində lotereya da cekpot oynandığını görüb və onda iştirak etmək qərarına gəlib. Nəticədə xoşbəxtlik qadının üzünə gülüb və o, 3,3 mlyon dolların sahibi olub.

İndi qadın və əri lotereyadan udduqları pulla evlərini təmir etdirmək niyyətindədirlər.

DİGƏR XƏBƏRLƏR

Top