Dövlət departamenti Aleksey Navalnını müdafiəyə qalxdı

ABŞ Dövlət departamenti Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı haqqında 5 il şərti cəza hökmü çıxarılmasından narahatdır. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dövlət departamenti məsələni diqqət mərkəzində saxladığını bəyan edib: "Biz Navalnı haqqında çıxarılan məhkəmə hökmündən narahatıq. Bu, Rusiya tərəfindən müxaliət üzərinə hücumların davam etdiyini göstərir".

Dövlət departamentinin rəsmisi xatırladıb ki, Avropa insan haqqları məhkəməsi də Navalnı haqqında çıxarılan hökmü insan hüquqlarının pozulması kimi dəyərləndirib: "Biz Rusiyanın hökumət orqanlarını bütün siyasi partiyalara ölkə daxili proseslərdə bərabər səviyyədə iştirak etməyə imkan verməyə çağırırıq".

Xatırladaq ki, Aleksey Navalnı qeyri-qanuni yollarla "Kirovles"in 16 milyon rublunu mənimsəməkdə günahlandırılır.

DİGƏR XƏBƏRLƏR

Top