Zükerberq 47 alimi bir yerə topladı

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq bütün xəstəliklərin dərmanını tapmaq üçün 47 alimi bir araya toplayıb. Bunun üçün Mark və həyat yoldaşı Prisilla Çan 50 milyon dollar qrant bağışlayıblar. Bu qədər pul artıq 47 alimin tədqiqatları üçün bölüşdürülüb. Alimlər artıq malyariyanın yayılması, çipin hazırlanması, insan beyninin öyrənilməsini araşdırmağa başlayıb. Komanda toplayarkən ən riskli ideyalara sahib namizədlərə üstünlük verilib. Chan və Zuckerberg 3 universitetlə əməkdaşlıq edir - Berkli, Mərkəzi Florida və Stenford Universiteti. Bir çox tənqidçilərsə bu ideyaya qarşı çıxıb. Onlar düşünür ki, bu qədər pulu Ümumdünya Səhiyyə təşkilatına və Mili sağlamlıq institutlarına bağışlamaq olardı.AzNews.az

DİGƏR XƏBƏRLƏR

Top