Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev karyerasını Slovakiya çempionatında davam etdirəcək. "61 Media"nın məlumatına görə, 21 yaşlı hücumçu "Jilina"ya 1.5 illik icarəyə verilib. Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayev bu gün Trabzonu tərk edəcək.
Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"la 2016-cı ilin yayında 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə Super Liqasında 1, ölkə kubokunda 2 oyuna çıxıb. Bu oyunlarda üst-üstə 88 dəqiqə meydanda olan Şeydayev cəmi 1 qol vurub. Hazırda "Jilina" Fortuna Liqa adlanan Slovakiya çempionatında 17 turdan sonra 44 xalla liderdir.Report