Tramp məhkəmənin miqrasiya fərmanına qadağanı dəstəkləyən qərarından şikayət edəcək

ABŞ prezidenti Donald Tramp Apelyasiya Məhkəməsinin immiqrasiya fərmanına qoyulan qadağanı dəstəkləyən qərarından şikayət edəcək. Bu barədə “RİA Novosti” məlumat verir. “Məhkəmədə görüşərik, millətimizin təhlükəsizliyi ortaya qoyulub!”, - deyə Tramp “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, ABŞ-da Apelyasiya Məhkəməsi prezident Donald Trampın immiqrasiya fərmanına qoyulan qadağanı qanuni hesab edib. Məlumata görə, məhkəmə dövlət maraqlarının milli təhlükəsizlik maraqları ilə ziddiyyət yarada biləcəyini etiraf edib. Həmçinin vurğulanır ki, qeyd olunan fərmana qarşı çıxış edən Vaşinqton və Minnesota ştatları fərmanın hətta müvəqqəti icrasının ölkəyə ciddi ziyan gətirə biləcəyini təsdiqləyən dəlillər təqdim ediblər.

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb. ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvəyə malik məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.APA

DİGƏR XƏBƏRLƏR

Top