Azərbaycandakı palçıq vulkanlarından yüksək gəlir əldə etmək olar-VİDEO

Dünyadakı 2000-dən çox palçıq vulkanının 344-ü Azərbaycanda yerləşir. Buna görə də ölkəmiz planetdə palçıq vulkanının məkanı kimi tanınır. Bu isə turist cəlb etmək üçün daha bir əlverişli fürsət deməkdir. Hələlik isə Azərbaycanda palçıq vulkanı püskürür, insanlar ona tamaşa edir və hər şey də bununla sona çatır.

Bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda püskürən “Otman-Bozdağ” vulkanı kimi. Mütəxssislər isə bildirir ki, palçıq vulkanları kosmetoloji sağlamlıq arzusunda olanların da diqqətini çəkə bilər.

Turizm mütəxəssisi Rəhman Səfərovun sözlərinə görə, sağlamlıq turizminin inkişafı baxımından yeni təyinatlı turizm obyektləri inşa edilməlidir. Sahibkarlar bu cür turizm obyektlərinin inşasına maraq göstərərək Bakı və Abşeron yarımadasındakı digər rəqib otellərdən üstünlüklərini təmin edə bilərlər.

Palçıq vulkanlarının tərkibindəki maddələrdən kosmetoloji məhsulların hazırlanmasında da geniş istifadə edilə bilər.

Kosmetoloq Nuranə Əzizovanın sözlərinə görə, vulkan palçığından əldə edilən maddələrlə dəridəki bir sıra problemlərin qarşısını almaq mümkündür.

Hazırda demək olar ki, bir yerli şirkət xaricində vulkan məhsullarından kosmetoloji məhsul hazırlayan müəssisələr yoxdur. Ancaq bu sahəyə marağı artıraraq sahibkarlar unikal məhsul istehsal edə və Azərbaycan brendi ilə dünya bazarına çıxara bilərlər.Xezerxeber.az

vulkan

DİGƏR XƏBƏRLƏR

Top