Şoyqu: Türklərlə uzlaşma mexanizmini təcili təkmiləşdirməliyik

Rusiya və Türkiyə Əl Bab şəhərində Rusiya Hərbi Kosmik Qüvvələrin türkiyəli hərbçilərə təsadüfən zərbə endirməsindən sonra Suriyada uzlaşma mexanizmlərini təcili təkmilləşdirirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, V. Putin Təhlükəsizlik Şurası yığıncağının iştirakçılarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan telefon söhbəti barədə məlumatlandırıb, o cümlədən türkəyli həmkarına Əl Babda koordinatların razılaşdırılmaması nəticəsində Rusiya təyyarəsinin səhvən endirdiyi hava zərbəsi nəticəsində 3 türk hərbçisinin həlak olmasına görə başsağlığı verdiyini açıqlayıb. D. Peskov qeyd edib ki, bu məzmunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu V. Putinə məruzə edib ki, Türkiyə və Rusiyanın baş qərargah rəislərinin telefon danışığı olub: “Söhbət zamanı Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov da türkiyəli həmkarı Hulusi Akara başsağlığı verib. Sergey Şoqyu bildirib ki, telefon danışığı zamanı baş qərargah rəisləri Suriyada terrorçularla mübarizədə birgə fəaliyyətin razılaşdırılması mexanizminin təkmilləşdirilməsi üzrə təcili müştərək iş aparmaq barədə qərar qəbul ediblər”.

DİGƏR XƏBƏRLƏR

Top