Rusiya təyyarəsi Suriyada türk əsgərlərini bombaladı: 3 şəhid, 11 yaralı

Rusiyaya məxsus qırıcı təyyarənin Suriyanın Əl Bab şəhərində səhvən binaya hava zərbəsi endirməsi nəticəsində 3 türk əsgəri şəhid olub və 11-i isə yaralanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,bu barədə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir: “Rusiyaya məxsus bir qırıcı təyyarə tərəfindən İŞİD terror qruplaşmasının mövqelərinə qarşı aparılan hava hərəkatı zamanı səhvən Türkiyə Silahlı Qüvvələrinin üzvlərinin olduğu bir binaya tuş gələn bomba nəticəsində üç qəhrəman silah yoldaşımız şəhid olub, biri ağır olmaqla 11 qəhrəman silah yoldaşımız isə yaralanıb. Rusiya nümayəndələri baş vermiş hadisənin səhvən olduğunu ifadə edərək, təəssüfləndiklərini və başsağlıqlarını bildiriblər. Hadisə ilə bağlı hər iki tərəfdən təhqiqat aparılır”. Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top