Ermənistan Belarus üçün dost ölkədir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla inteqrasiya birliklərində tərəfdaşdırlar və erməni deputatların Rusiya-İsrail blogeri Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi fonunda bəyanatları sadəcə emosiyalardır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçuk deyib. D. Mironçuk qeyd edib ki, belaruslu deputatların Ermənistanın bu və ya digər xarici siyasi addımları ilə bağlı balanslaşdırılmamış və ya təhqiramiz qiymətləndirmə faktalarına dair məlumatı yoxdur: “Hərçənd, qarşılıqlı haqq-hesab vermək üçün əsaslar var idi”. O əlavə edib ki, Belarus çoxvektorlu dostcasına siyasət yürüdür, bu zaman durmadan beynəlxalq normalara əməl edir və bütün hüququ demokratik dövlətlərdə qəbul edildiyi kimi öz hüquqi öhdəliklərini icra edir.
Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin iclasında müxalifətçi deputat Nikol Paşinyan bəyan edib ki, ölkənin Xarici İşlər Nazirliyi Belarusdan səfiri geri çağırmalı və Minskə qarşı ən sərt siyasi və diplomatik addımlar atmalıdır. Bundan başqa, parlamentdə Belarusu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarmaq çağırışları edilib və Minskin Ermənistana qarşı qərəzli münasibət göstərdiyi bəyan edilib.