Badr Hari azadlıqdan məhrum edildi

Hollandiya məhkəməsi məşhur mərakeşli kikboksçu Badr Harini aqressiv hərəkət etməkdə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. “Yeniavaz.com”un “Moskovskıy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, Hollandiya vətəndaşlığı da olan idmançıya qarşı cinayət işi hələ 2012-ci ildə açılıb. Onu Amsterdamda sahibkar Koen Everinka qarşı hücumda ittiham edirdilər. Bundan başqa, kikboksçu vazanı naməlum şəxsin başında sındırmaqda günahkar sayılırdı. Bununla belə, B. Hari həbsdə yarım il keçirəcək, qalan müddəti isə şərti hesablanacaq.

DİGƏR XƏBƏRLƏR

Top