Ermənistanda gərginlik: Təhlükəsizlik Şurasının toplantısı keçirilir

Ermənistan prezidenti, Təhlükəsizlik Şurasının sədri Serj Sarkisyan qurumun üzvləri ilə müşavirə keçirib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, müşavirədə 2017-ci ildə görüləcək işlər planı və cari məsələlər müzakirə edilib. Təhlükəsizlik Şurasının iclasında həmçinin Lapşinin Azərbaycana verilməsi, Dağlıq Qarabağda son vəziyyət və bununla əlaqədar təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin də müzakirə edildiyi istisna edilmir. Xatırladaq ki, Sarkisyan əksər hallarda qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində ermənilərin tələfat verməsindən sonra Təhlükəsizlik Şurasının iclasını keçirir.

DİGƏR XƏBƏRLƏR

Top