Hökumət işverənə işə götürdyü hər bir işçiyə görə pul verəcək

Türkiyədə yeni qanun hökmündə olan fərmana əsasən, hər bir qəbul ediləcək işçiyə görə şirkətlərə İşsizlik Sığortası Fondundan gündəlik 22,22 lirə vəsait ödəniləcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu təşviq kampaniyası 31 dekabr 2017-ci il tarixinədək davam edəcək. Hökumət 1,5 milyon əlavə iş yeri açmaq üçün açıqladığı iş yeri səfərbərliyi çərçivəsində şirkət rəhbərlərinə hər bir işçi üçün təqribən 773 lirə məbləğində dəstək verəcək. Şirkət rəhbərinin maliyyə dəstəyindən yararlana bilməsi üçün 3 şərt olmalıdır. Birincisi, şirkət rəhbərinə bu dəstək dekabr 2016-cı il tarixindən etibarən iş yerində çalışan işçi sayına əlavə ediləcək hər bir işçi üçün veriləcək. Yəni 100 işçisi olan şirkət sahibi 1 fevral 2017-ci ildən etibarən işə götürdüyü və ya götürəcəyi əlavə 10 işçi üçün (bununla da işçi sayının 110 nəfər olmalıdır) dövlətə ödəməli olduğu bütün sığorta haqları və vergi ödənişlərindən azad ediləcək. Bununla da işverənin işə götürdüyü hər yeni aşağı məvacibli bir işçi üçün 1404 lirə konkret maaş verməsi kifayət edəcək. Qalan təqribən 773 lirəlik vəsait (vergi və sığorta ödənişləri) isə İşsizlik Sığortası Fondu tərəfindən qaşılanacaq.

İşverənin dəstəkdən yararlana bilməsi üçün işə qəbul etdiyi şəxsin 3 aydır işsiz və İşədüzəltmə Qurumunda qeydiyyatda olması lazımdır. Kampaniya təkcə aşağı məvaciblə işə götürünləri əhatə etməyəcək. Yuxarı məvacibli işçilərin ödənişlərinin aşağı məvacibə uyğun gələn qismi ilə əlaqədar vergi və sığorta haqqı hissəsi, yəni 773 lirəlik qismi İşsizlik Sığortası Fondu tərəfindən ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top