ABŞ yeni sərhəd məntəqələrinin inşası üçün Gürcüstana 10 milyon dollar ayırıb

Tbilisidə rəsmi səfərdə olan ABŞ-ın Hərbi təhlükənin azaldılması agentliyinin rəhbəri, kontr-admiral Skott Cerabek Gürcüstana hərbi-texniki sahədə bəzi yardımların ediləcəyini söyləyib. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, bu çərçivədə də ABŞ Gürcüstanın dövlət sərhədlərinin yenidən qurulması və texniki təchizatı məqsədi ilə 10 milyon dollar yardım edəcək. Gerabekin Gürcüstan Daxili İşlər naziri ilə görüşündə də əsas müzakirə obyekti Gürcüstanın dövlət sərhədinin yenidən qurulması məsələsi olub. Bununla bağlı tərəflər arasında əldə edilən razılığa əsasən Gürcüstan-Azərbaycan sərhədində Kasımlı, Gürcüstan-Türkiyə sərhədində isə Keda sərhəd məntəqələri inşa ediləcək. Bu məqsədlə də ABŞ Gürcüstana hərbi texniki və maliyyə yardımları göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top