Kreml: Türkiyə terrorçuluqla mübarizədə daha çox şey edə bilərdi

Moskvada hesab edirlər ki, Türkiyə Rusiya vətəndaşlarına təhdid yarada biləcək konkret terrorçulara qarşı və terrorçuluqla mübarizədə daha çox şey edə bilərdi. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. Ankara ilə münasibətlərin normallaşdırılması prosesindən bəhs edən rusiyalı diplomat qeyd edib ki, bu proses ardıcıl gedir: “Lakin bu, ikitərəfli hərəkət istiqaməti olan küçədir. Biz Türkiyənin qanuni maraqlarını nəzərə almağa hazırıq, lakin Türkiyənin də terrorçuluqla mübarizədə və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi kimi vacib sahələrdə bizim qanunu maraqlarımızı da nəzərə almasından çıxış edirik”.

DİGƏR XƏBƏRLƏR

Top