Ukraynanın Xarici işlər naziri Pavel Klimkin "Normand dördlüyü"nə daxil olan ölkələrin ( Fransa, Almaniya, Rusiya Ukrayna) xarici işlər nazirlərinin yenidən bir araya gələ biləcəyini söyləyib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, belə bir görüş fevralın 17-də keçiriləcək G20-lərin toplantısında baş tuta bilər. Öz növbəsind Klimkin "Normand dördlüyü" xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə məsləhətləşmələrin aparıldığını bildirib: "Biz hazırda alman və fransız dostlarımızla belə bir görüşün təşkili barədə məsələhətləşmələr aparırıq. Belə bir görüşün G20-lərin tədbirində baş tuta biləcəyini istisna etmirəm".
Ukrayna xarici siyasət idarəsinin başçısı "Normand dördlüyü" xarici işlər nazirərinin görüşünün Ukrayna üçün faydalı olacağını deyib. Onun fikrincə belə bir görüş Ukraynaya Donbasda baş verən hadisələr və oradakı vəziyyət barədə həm dördlük, həm də G20 tədbirində iştirak edən digər ölkələrin nazirlərinə məlumat verməyə imkan verəcək.
Xatırladaq ki, ötən gün Almaniya xarici siyasət idarəsinin rəsmisi Martin Şefer də "Normand dördlüyü" ölkələrinin fevralın 16-ı və ya 17-də görüşü ilə ilə bağlı məsələhətləşmələrin aparıldığını açıqlamışdı.