"10 min yeraltı təkan qeydə alınıb" - Qurban Yetirmişli

"İl ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə irili-xırdalı 9 mindən artıq zəlzələ qeydə alınır".

Bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilmiş mətbuat konfransında deyib.

Q. Yetirmişli deyib ki, ötən il ərzində Mərkəz tərəfindən ümumilikdə 10 min yeraltı təkan qeydə alınıb: “Bunlardan 2 mindən çoxu dünyada baş verən güclü zəlzələrin payına düşür”.

Q.Yetirmişli vurğulayıb ki, 2015-ci illə müqayisədə ötən il zəlzələrin başvermə sayı az olub: “Avqustun 1-də İmişlidə baş verən zəlzələ istisna olmaqla, ağır fəsadlar törədən güclü zəlzələr baş verməyib. Həmin zəlzələ də bir o qədər ciddi fəsadlar törətməmişdi”.

Mərkəz direktoru əlavə edib ki, 2017-ci ilin əvvəlindən bu günə qədər ölkə və ona yaxın həmsərhəd ərazilərdə 1050-dən çox yeraltı təkan qeydə alınıb: “Bu zəlzələrin heç biri hissolunan olmayıb. Yaxın vaxtlarda da təhlükəli zəlzələ gözlənilmir”.lent.az

DİGƏR XƏBƏRLƏR

Top