Yollardakı çuxurlara görə cərimə tətbiq ediləcək

Rusiya Dövlət Duması yolların çəkilməsi və onların keyfiyyətinin yoxlanılması ilə məşğul olan şəxslərin günahından sürücünün yol-nəqliyyat qəzasına düşməsinə və xəsarət almasına görə həmin şəxslərin 500 min rubladək cərimə edilməsini nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb. Yeni sənədə əsasən, vəzifəli şəxslər üçün cərimənin yuxarı həddi 3 min rubldan 30 min rubladək artırılacaq, hüquqi şəxslər üçün isə 200-300 min rubl məbləğində cərimə tətbiq ediləcək. Əgər yol verilmiş pozuntular qəzaya uğramış şəxsin yüngül və ya orta ağır dərəcəli xəsarət alması ilə nəticələnibsə, vəzifəli şəxslər üçün cərimənin yuxarı həddi 100 min rubl, hüquqi şəxslər üçün isə 500 min rubl təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top