Əl-Bab döyüşlərində 1 türk əsgəri həlak olub, 10-u yaralanıb

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab qəsəbəsini İŞİD terrorçularından azad etməyə çalışan Türkiyə Silahlı Qüvvələri növbəti dəfə itki verib. “Hürriyet”in xəbərinə görə, bu gün səhər saatlarında baş verən döyüşlərdə 1 əsgər həlak olub, 10-u yaralanıb. Yaralı əsgərlər Türkiyənin Kilis şəhərindəki xəstəxanaya çatdırılıb. İŞİD mövqeləri yerdən və havadan bombalanıb.
Xatırladaq ki, fevralın 8-də Əl-Bab ətrafındakı toqquşmalarda 5 türk əsgəri həlak olmuşdu. Ümumən “Fərat qalxanı” əməliyyatında həlak olan türk hərbçilərinin sayı 62-yə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top