Torpaq vergisi üzrə daxilomalar dəyişməz qalacaq

Gələn il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7210 mln. manat vəsait daxil olacaq. Bu da cari ilin proqnozundan 200 mln. manat və ya 2,9 faiz, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 mln. manat və ya 1,3 faiz çoxdur. "Yeniavaz.az" xəbər verir ki, bu məlumat, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində yer alıb. Proqnozlaşdırılan daxilolmaların 75,7 faizi və ya 5455 mln. manatı qeyri-neft sektorunun, 24,3 faizi və ya 1755 mln. manatı neft sektorunun payına düşür.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1140 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 60 mln. manat və ya 5,6 faiz çoxdur

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2068 mln. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 153,4 mln. manat və ya 8 faiz çoxdur. Həmin məbləğin 66,9 faizi və ya 1383 mln. manatı qeyri-neft sektorunun, 33,1 faizi və ya 685 mln. manatı isə neft sektorunun payına düşür.

Əlavə dəyər vergisi üzrə daxilolmalar 2363 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 20 mln. manat və ya 0,9 faiz çoxdur. Əlavə dəyər vergisi üzrə daxilolmaların 90,1 faizi və ya 2128 mln. manatı qeyri-neft sektorunun, 9,9 faizi və ya 235 mln. manatı isə neft sektorunun payına düşür.

Sadələşdirilmiş vergi üzrə daxilolmalar 313 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozuna nisbətən 13 mln. manat və ya 4,3 faiz çoxdur.

Aksiz üzrə daxilolmalar 518 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 14 mln. manat və ya 2,6 faiz azdır. Həmin məbləğin 91,5 faizi və ya 474 mln. manatı neft sektorunun, 8,5 faizi və ya 44 mln. manatı isə qeyri-neft sektorunun payına düşür.

Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 178 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 3,8 mln. manat və ya 2,2 faiz çoxdur. Həmin məbləğin 71,3 faizi və ya 127 mln. manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 51 mln. manatı isə neft sektorunun payına düşür.

Mədən vergisi üzrə daxilolmalar 111 mln. manat nəzərdə tutulur ki, bu da 2016- cı ilin proqnozuna nisbətən 0,8 mln. manat və ya 0,7 faiz çoxdur. Həmin məbləğin 93,7 faizi və ya 104 mln. manatı neft sektorunun, 6,3 faizi və ya 7 mln. manatı isə qeyri-neft sektorunun payına düşür.

Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilomalar 50 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə eyni səviyyədədir. Həmin məbləğin 70 faizi və ya 35,0 mln. manatı qeyri-neft sektorunun, 30 faizi və ya 15 mln. manatı isə neft sektorunun payına düşür.

Dövlət rüsumu üzrə daxilolmalar 105 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə eyni səviyyədədir.

Yol vergisi üzrə daxilolmalar 72 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 2 mln. manat və ya 2,9 faiz çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top