Dollar sürətlə ucuzlaşır

Bu gün - fevralın 9-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı baş tutub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,8252 manat təşkil edib və banklar dolları 1,80-1,85 manat arasında satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda 1,70-1,75 manat intervalında satılacaq.

.

DİGƏR XƏBƏRLƏR

Top