ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmə üzvlüyünə namizəd göstərdiyi hakim Neil Qorsaç Trampın ədliyyə sisteminə qarşı hücumlarını "əhvalı korlayan" və "kədərli" olduğunu bildirib.
"Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki. Qorsaç Demokratlar Partiyasından bir senatorla danışarkən dilə gətirdiyi bu sözlər hakimin sözçüsü tərəfindən də təsqidlənib.
Xatırladaq ki, Tramp miqrantlarla bağlı verdiyi fərmanın icrasını dayandırdığı üçün hakimə qondarma hakim deyib, ABŞ-da törədiləcək hər hansı bir terrror hadisəsindən onun günahkar olacağını bildirib.