Çin ölkəyə gələn xaricilərlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirir

Çinə gələn xaricilərin barmaq izləri götürüləcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, xaricilərin barmaq izlərinin götürülməsi ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Məsələ ilə bağlı Çinin İctimai təhlükəsizlik nazirliyi bildirib ki, fevralın 10-dan başlayaraq Şencjen şəhərinin hava limanında ölkəyə gələn xaricilərin barmaq izlərinin götürülməsinə başlanılacaq. Sonra bu proses tədricən ölkənin bütün sərhəd-buraxılış məntəqələrində tətbiq ediləcək. Nazrlikdən verilən məlumata görə, barmaq izlərinin götürülməsi 14 yaşa kimi olan uşaqlara şamil edilməyəcək: "Ölkəyə gələn 14 yaşdan 70 yaşa kimi olan bütün xariclərin barmaq izləri götürüləcək. Bundan məqsəd immiqrasiya prosesinə nəzarətin gücləndirilməsi, həm də təhlükəsizliiyn təmin edilməsidir".

DİGƏR XƏBƏRLƏR

Top