Çinə səfər edən bütün əcnəbilərin barmaq izləri götürüləcək

Çinə səfər edən bütün xarici ölkələrin vətəndaşlarının barmaq izləri götürüləcək. BBC xəbər verir ki, bunu Çinin İctimai Təhlükəsizlik Nazirliyi bildirib. İnformasiyaya əsasən, yeni sistem ilk növbədə ölkənin cənubundakı Quandun əyalətinin Şençjen şəhərindəki beynəlxalq hava limanında tətbiq olunacaq. Fevralın 10-da başlayacaq proses yeni sistemi sınaqdan keçirmək məqsədi daşıyır. Xəbərə görə, bu sistem ilin sonunadək Çinin bütün sərhəd-keçid məntəqələrində tətbiq ediləcək. Məlumatda bildirilib ki, diplomatlar istisna olmaqla ölkəyə səfər edən 14-70 yaş arasındakı bütün əcnəbilər barmaq izi verəcək. Çinin hakimiyyət nümayəndələri bildirib ki, bu sistemi xarici dövlətlərin təcrübəsinə əsasən tətbiq ediblər.Report

DİGƏR XƏBƏRLƏR

Top