Rus deputat özünü müflis elan etdi – 59 mənzili, 200 maşını, 8 şirkəti var

Rusiya Dövlət Dumasının “Yedinaya Rossiya” (“Vahid Rusiya”) partiyasından olan deputatı Andrey Palkin Arxangelsk vilayətinin Arbitraj məhkəməsinə müflis olması barədə ərizə təqdim edib. “Yeniavaz.com”un BBC-yə istinadən verdiyi məlumata görə, A. Palkinin 2015-ci il üçün bəyan edilmiş gəliri 1,5 milyard rubl təşkil edib ki, bu da ona Dövlət Dumasının ən varlı deputatı statusunu verir. Vergi bəyannaməsinə əsasən, onun Arxangelsk vilayətində 56 mənzili, Moskva bölgəsində isə 3 mənzili, 200-dən çox nəqliyyat vasitəsi var. Deputat Kotlas şəhərində bizneslə məşğul olur. Onun yolların və evlərin tikintisi ilə məşğul olan 8 şirkəti var.

DİGƏR XƏBƏRLƏR

Top