Rusiyada müxalifətçi blogerə 5 il iş verildi

Rusiyada məhkəmə müxalifətçi blogger Aleksey Navalnıya beş il müddətinə şərti cəza verib. “Yeniavaz.com”un RİA Novosti-yə- istinadən verdiyi məlumata görə, məhkəmə bloggeri “Kirovles” şirkətindən pul oğurlamaq işi üzrə təqsirli bilib. Məhkəmə müəyyən edib ki, A. Navalnı biznesmen Pyotr Ofitserovla əlbir olaraq 16 rubl oğurlamağı təşkil edib. Hakim əlavə cəza qismində blogerə 500 milyon rubl cəza təyin edib. A. Navalnı bildirib ki, məhkəmənin qərarını şikayət edəcək: “Biz məhkəmənin hökmünü tanımırıq, o ləğv ediləcək və mən prezident seçkilərində iştirak edəcəm. Bu hökm Avropa məhkəməsinin qərarını pozur”.

DİGƏR XƏBƏRLƏR

Top