TANAP üçün 400 milyon dollarlıq kredit sazişi imzalandı

Dünya Bankının (DB)Trans-Anadolu qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün Türkiyənin BOTAŞ şirkətinə ayırdığı 400 milyon dollar məbləğində kredit sazişi imzalanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sazişi DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, BOTAŞ-ın baş direktoru Burhan Özcan imzalayblar. B. Albayrak imzalanma mərasimində bildirib ki, TANAP üzrə ilk qaz Türkiyəyə 2018-ci ildə çatacaq. Onun sözlərinə görə, Türkiyə təkcə DB-dən deyil, digər beynəlxalq banklardan energetika sahəsindəki layihələrə 3 milyard dollar məbləğində maliyyə paketini cəlb etməyi planlaşdırır və bu məqsədlə aparılan danışıqların cari ildə başa çatacağı gözlənilir.

Qeyd edək ki, TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və buradan Avropaya nəql edəcək layihədir.

DİGƏR XƏBƏRLƏR

Top