Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Qanunsuz olaraq Qarabağa səfər etdiyinə görə Belarusdan Azərbaycana ekstradisiya edilən Lapşinlə bağlı Ermənistanda əsəblər coşmaqda davam edir. “Yeniavaz.com”un Panorama.am-a istinadən verdiyi məlumata görə, Belarusun bu addımına cavab olaraq ermənilər adı çəkilən ölkənin Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları səfirin ölkəni təcili şəkildə tərk etməsini, Ermənistan rəhbərliyini Minskdəki səfiri geri çağırmasını, Belarusun KTMT və Avrasiya İttifaqına üzvlükdən çıxarılmasını tələb edən şüarlar səsləndiriblər. "Elk" alyansı tərəfindən keçirilən etiraz aksiyasında iştirak edən "İşıqlı Ermənistan" Partiyasının rəhbəri Edmon Manukyan deyib ki, Lapşinin Azərbaycana ekstradisiyası KTMT-də və Avrasiya İttifaqında Ermənistanın dostu olmadığını göstərdi: "Məndə belə təsəvvür yaranır ki, KTMT və Avrasiyanın üzvü Ermənistan deyil, Azərbaycandır. Mühüm sənədlər səsə qoyularkən Belarus həmişə Ermənistanın əleyhinə səs verir".

DİGƏR XƏBƏRLƏR

Top