Zaliha Tahirova​ Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Zaliha Tahirova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, Z.Tahirova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu, həmçinin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyni söyləyib:

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirəm. Təəssüflə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, sədri olduğum təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”.apa

DİGƏR XƏBƏRLƏR

Top