Qətər mundialın hazırlığına hər həftə 200 milyon dollar xərcləyir

Qətər 2022-ci ildə ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının hazırlığına hər həftə təqribən 500 milyon dollar xərcləyir. “Yeniavaz.com”un “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Qətərin maliyyə naziri Əli Şərif əl-Əmadi deyib. O bildirib ki, bu temp 2021-ci ilədək davam edəcək və dövlət ümumilikdə 200 milyard dollar vəsait xərcləyəcək. Bununla belə, nazir Qətərdəki dünya çempionatının tarixdə ən bahalı mundial olacağına dair məlumatı təsdiq etməyib. Əl Əmadi əlavə edib ki, bu büdcəyə təkcə futbol oyunlarının keçirilməsi üçün stadionların tikintisi daxil deyil: “Bura ümumilikdə infrastruktur – yollar, aeroportlar, xəstəxanalar və limanlar – daxildir. Hər şeyi əvvəlcədən hazır etmək istəyirik ki, sonradan tələskənliyə yol verməyək”.

DİGƏR XƏBƏRLƏR

Top