David Qasparyan: "İndiki erməni müxalifəti kuklaları xatırladır"

Ermənistanın tanınmış ədəbiyyatşünası David Qasparyan ölkə müxalifətini cildini dəyişən yalançılara bənzədib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Qasparyan əvvəllər yüksək vəzifələr tutan şəxslərin indi özlərini müxalifətçi kimi qələmə verməsinə diqqəti cəlb edib: "Uzun müddət ərzində müxtəlif vəzifələrdə işləyən adamlar birdən-birə müxalifətə keçdiklərini deyirlər. Bəs onlar vəzifələrdə olanda niyə haqsızlıqlara qarşı öz səslərini ucaltmır, hökumətin siyasətinə etiraz etmirdilər. İndiki erməni müxalifəti kuklaları xatırladır. Siz onlara inanmayın. Onlar yalançı müxalifətdir. Onlar yenidən müxalifət adı altında hakimiyyətə gəlmək istəyirlər. Bizim siyasi elitamız dəyişməli, idarəetmə sisteminə yeni adamlar gəlməlidirlər. Mən şəxsən özünü müxalifətçi kimi qələmə verən keçmiş müdafiə naziri Seyran Ohanyana inanmıram".

DİGƏR XƏBƏRLƏR

Top