Dövlət Akkreditasiya Xidmətinin rəhbərliyi yenidən formalaşıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yeni təyinatlar olub. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumata verilib.

Məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmrinə əsasən komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə Abdullayev Sabiq Sabir oğlu, xidmət rəisinin müavini Ömərov Ruslan Kamal oğlu təyin edilib.

Bunadək S. Abdullayev adıçəkilən xidmətdə rəis müavini, R.Ömərov isə Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun müdiri olub.

DİGƏR XƏBƏRLƏR

Top