Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze fevralın 13-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Gürcüstan xarici işlər nazirlikdən bildiriblər. M. Canelidze prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək. Görüşlər zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunacaq.APA

DİGƏR XƏBƏRLƏR

Top